Belçikaya səfər

2016-cı il fevralın 5-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Belçikada səfərdə olub.

Xurşidbanu Natəvanın abidəsini ziyarət

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşılayıb.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoyublar.

5 fevral 2016-cı il