Mehriban Əliyeva Latviya Prezidentinin həyat yoldaşı İmants Freyberqs ilə görüşüb

Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Latviya Prezidentinin həyat yoldaşı İmants Freyberqs ilə görüşüb.

Mehriban Əliyeva qonağa Azərbaycanın qədim tarixi, xalqımızın özünəməxsus zəngin mədəniyyəti barədə məlumat verib.

Yüksək qonaqpərvərliyə görə minnətdarlıq edən cənab İmants Freyberqs ətraflı məlumata görə təşəkkürünü bildirib, respublikamızın paytaxtına səfərindən aldığı ilk təəssüratını bölüşüb.