Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gül ilə görüş
06.11.2007Noyabrın 6-da Prezident sarayında Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Türkiyə Prezidentinin xanımı Hayrünnisa Gülün görüşü olub.
Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığına, o cümlədən dost və qardaş xalqlarımız arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair fikir mübadiləsi edildi.