Bakıda V Beynəlxalq Humanitar Forumu işə başlayıb
29.09.2016Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı Forumun açılışında nitq söyləyib.
Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxuyub və çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
BMT baş katibinin müavini xanım Cihan Sultanoğlu təşkilatın baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxuyub.
Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida çıxış ediblər.
Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirib.