Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb
24.11.2015Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva iclasda iştirak ediblər.
Prezident İlham Əliyev iclasda nitq söyləyib.
İclasda təşkilati məsələlərə baxılıb, Milli Məclisin sədri, onun müavinləri, eləcə də komitələrin sədrləri seçilib.