Macarıstana səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2008-ci il fevralın 18-19-da Macarıstanda səfərdə olublar.
Prezident İlham Əliyevin Macarıstana dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva üçün xüsusi səfər proqramı tərtib olunub.
Fevralın 18-də Budapeştin “Farihegi-2” beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, digər rəsmi şəxslər qarşıladılar.
Budapeştin tarixi memarlıq abidələri ilə tanışlıq
Fevralın 18-də Mehriban Əliyeva Budapeştin tarixi memarlıq abidələri ilə tanış olub.
Əvvəlcə Macarıstan memarlığının qədim abidələrindən olan Buda qəsrinə baxan Mehriban Əliyeva daha sonra Kral sarayının Qəsr muzeyi ilə də tanış oldu.
Daha sonra birinci xanım müqəddəs Matiyaş kilsəsində oldu, burada fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyevə Macarıstanın Korvinus Universitetinin fəxri doktoru adının verilməsi mərasimi
Fevralın 18-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adı verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Macarıstan parlamenti ilə tanışlıq
Fevralın 19-da Mehriban Əliyeva Macarıstan parlamentində olub.
Macarıstanın Baş naziri Ferents Dyurçanın xanımı Klara Dobrevin müşayiəti ilə binanı gəzən Mehriban Əliyevaya parlamentin fəaliyyəti və iş prinsipləri barədə məlumat verildi.
Mehriban Əliyeva deputatların səsvermə prosesilə tanış oldu.
Sonra xanım Klara Dobrevin adından Mehriban Əliyevanın şərəfinə nahar verildi.
Azərbaycanın Budapeştdəki səfirliyinin yeni binası ilə tanışlıq
Fevralın 19-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın Budapeştdəki səfirliyinin yeni binası ilə tanış olublar.
Dövlət başçısı və xanımı səfirliyin sərgi salonuna baxdılar, ulu öndər Heydər Əliyevin büstünü ziyarət etdilər.
18-19 fevral 2008-ci il