Qətərə səfər

Azərbaycanın birinci xanımı, UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva 2007-ci il martın 12-13-də Qətərdə səfərdə olub.

Martın 12-də Mehriban Əliyevanı Dohanın hava limanında Qətər Əmirinin xanımı Şeyxa Muza Bint Nasir əl-Missned qarşılayıb.

Qətər Əmirinin xanımı Şeyxa Muza Bint Nasir əl-Missned ilə görüş

Martın 12-də Mehriban Əliyeva Qətər Əmirinin xanımı Şeyxa Muza Bint Nasir əl-Missned ilə görüşüb.

“Ərəb dövlətlərində savadlılıq, tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi” mövzusunda regional konfrans

Martın 12-də Qətərdə UNESCO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunmuş “Ərəb dövlətlərində savadlılıq, tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi” mövzusunda regional konfrans başlayıb. Mehriban Əliyeva konfransda çıxış edib.

Livanın və Suriyanın birinci xanımları ilə görüş

Martın 12-də Mehriban Əliyeva Livanın və Suriyanın birinci xanımları Andre Ləhud və Əsma əl-Əsəd ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçılarının şərəfinə ziyafət

Martın 13-də Mehriban Əliyeva UNESCO-nun baş direktoru Koişiro Matsuuranın adından konfrans iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak edib.

Qətərin “Təhsil şəhərciyi” ilə tanışlıq

Martın 13-də Mehriban Əliyeva Qətərin birinci xanımı Şeyxa Muza Bint Nasir əl-Missnedin müşayiəti ilə “Təhsil şəhərciyi”ndə olub.

12-13 mart 2007-ci il