Fransaya səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2007-ci il yanvarın 29-31-də Fransada səfərdə olublar.
Parisin beynəlxalq “Orli” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransanın müdafiə naziri xanım Mişel Allio-Mari, Paris hərbi qarnizonunun rəisi, Parisin Val de-Marn regionunun prefekti və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi qarşılanma
Yanvarın 29-da Fransa Prezidentinin iqamətgahında – Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Fransa prezidentinin xanımı Bernadet Şirakla görüş
Yanvarın 29-da Mehriban Əliyeva Yelisey sarayında Fransa Prezidentinin xanımı Bernadet Şirak ilə görüşüb.
“Fəxri legionun böyük xaç komandoru” və “Heydər Əliyev” ordenlərinin təqdim olunması mərasimi
Yanvarın 29-da Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyevə “Fəxri legionun böyük xaç komandoru” ordeninin və Prezident Jak Şiraka “Heydər Əliyev” ordeninin təqdim olunması mərasimi keçirilib.
Azərbaycanın və Fransanın birinci xanımları Mehriban Əliyeva və Bernadet Şirak mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət qəbulu
Yanvarın 29-da Yelisey sarayında Fransa Respublikasının Prezidenti Jak Şirak və xanımı Bernadet Şirakın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət qəbulu təşkil edilib.
Fransa və Azərbaycan prezidentləri qəbulda nitq söyləyiblər.
Paris şəhər meriyasında görüş
Yanvarın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Paris şəhər meriyasında olublar.
Dövlət başçısı və xanımını Paris şəhərinin meri Bertran Delanoe ilə görüşüblər.
Fransa ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüş
Yanvarın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Paris şəhər meriyasında Fransa ictimaiyyətinin və diplomatik korpusun nümayəndələri ilə görüşüblər.
Dövlət başçısı görüş iştirakçıları qarşısında nitq söylədi.
Fransanın Baş naziri Dominik de Vilpen ilə görüş
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 30-da Fransa hökumətinin binasında Fransanın Baş naziri Dominik de Vilpen ilə görüşüblər. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar
Yanvarın 30-da Fransanın Baş naziri Dominik de Vilpenin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Prezident İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə ziyafət
Yanvarın 30-da Fransa Senatının sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə ziyafət verilib.
Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar
Yanvarın 31-də Nord-Pa-de-Kale regionu prefeki Daniel Kanepanın adından Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə nahar verilib.
29-31 yanvar 2007-ci il