Fransaya səfər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2005-ci il martın 3-4-də Fransada səfərdə olub.

UNESCO-nun Baş direktoru Koiçiro Matsuura ilə görüş

Martın 3-də Mehriban Əliyeva Parisdə UNESCO-nun Baş direktoru Koiçiro Matsuura ilə görüşüb.

Görüşdə UNESCO ilə Azərbaycan arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

UNESCO-nun xoşməramlı səfirlərinin illik yığıncağı

Martın 3-də Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik iclası öz işinə başlayıb. Mehriban Əliyeva iclasda iştirak edib.

Jurnalistlərə müsahibə

Martın 4-də Parisdə keçirilən UNESCO-nun xoşməramlı səfirlərinin illik iclasından sonra Mehriban Əliyeva jurnalistlərin suallarını cavablandırıb.

Parisdə Azərbaycan musiqisindən ibarət konsert

Martın 4-də Parisin “Löduayen” salonunda Azərbaycan musiqisindən ibarət konsert təşkil edilib. Konsertdən əvvəl Mehriban Əliyeva çıxış etdi.

Mehriban Əliyevanın adından nahar

Martın 4-də Mehriban Əliyevanın adından UNESCO-nun illik iclasın başa çatması və onun şifahi və musiqi ənənələri üzrə xoşməramlı səfir adına layiq görülməsi münasibətilə nahar verilib.

3-4 mart 2005-ci il