ISESCO-nun 30 illiyinə həsr olunmuş xüsusi buraxılışda Mehriban Əliyevanın təbrik məktubu dərc edilib
04.07.2012İSESCO-nun 1986-cı ildən ərəb, fransız və ingilis dillərində nəşr etdirdiyi rüblük jurnalının qurumun 30 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb. Xüsusi buraxılışda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın qurumun yaranmasının 30 illiyi münasibətilə təşkilatın baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə göndərdiyi təbrik məktubunun mətni dərc edilib. Mehriban xanım Əliyeva təbrik məktubunda təşkilatın xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsində, təhsil, elm və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində rolunu yüksək qiymətləndirib.