Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak ediblər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak ediblər.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunub.