Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak ediblər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak ediblər. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür.