Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzi və “Hilton” otelinin qarşısındakı parkda görülən işlərlə tanış olublar

Mayın 6-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada aparılan işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində yeni çəkilmiş 4 zolaqlı yola baxıblar.

Daha sonra dövlət başçısı və xanımı “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar.

Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib.