İtaliyaya səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2013-cü il martın 5-6-da İtaliyada səfərdə olub. 

Romada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı

Martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.

Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Əvvəlcə Mehriban Əliyeva muzeyin prezidenti Covanna Melandri ilə görüşdü. Mehriban Əliyevanın MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə tanışlığından sonra “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanışlıq oldu.

Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verildi.

X X X

Roma Opera Teatrında “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının premyerası

Martın 6-da Roma Opera Teatrında Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatının nümayişi olub.

Mehriban Əliyeva premyerada iştirak edib.

Mehriban Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşıladı. Əvvəlcə Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşdü.

Sonra Rikardo Mutinin dirijorluğu ilə tanınmış bəstəkar Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni təqdimatı oldu.

Premyera bitdikdən sonra Mehriban Əliyeva London, La-Skala, Filadelfiya, hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə görüşdü.

Günün sonunda Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verildi.

5-6 mart 2013-cü il