Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası istifadəyə verilib

Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlət başçısı və xanımı binada yaradılmış şəraitlə tanış olublar, veteranlarla görüşüblər.

Sonda xatirə şəkli çəkdirilib.