Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Rusiyaya səfər ediblər
08.05.2015Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün mayın 8-də Rusiyaya işgüzar səfərə gediblər.
Moskvanın Vnukovo-2 hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.