Amerika Birləşmiş Ştatlarına səfər

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər.

BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışı

Sentyabrın 19-da Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quttereş, BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak, Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tədbirdə çıxış ediblər.

ABŞ Prezidenti Donald Trampın və xanımının adından qəbul

Sentyabrın 19-da Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birincı xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib.

Finlandiya Prezidenti Sauli Niinisto və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev sessiyada çıxış ediblər.

17-20 sentyabr 2017-ci il