Çex Respublikasının Prezidenti Miloş Zemanın rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşıladılar.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.