Özbəkistana səfər

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfər edib.

İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ehtiram

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar.

Müstəqillik abidəsini ziyarət

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Daşkənddə rəsmi qarşılanma mərasimi

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə görüşüblər

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Daşkənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb.

Mexrliməktəbi ilə tanışlıq

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevavə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Daşkənddə “Mexrli” məktəbiilə tanış olublar.

Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbə qədər, o cümlədən ümumi orta təhsil verilir.

Birinci xanımlar uşaqlarla görüşüblər və onların əl işləri ilə tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycanıvə Özbəkistanıbirinci xanımları Daşkənddə sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindəibarəkolleksiyaya 

baxıblar 

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

“Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.

Birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış olublar.

Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti

Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konserti olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva, qızları Saida Mirziyoyeva konsertdə iştirak ediblər.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti

Avqustun 23-də Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib.

 

22-23 avqust 2024-cü il