Rusiyaya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına səfər edib.

“Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

TASS agentliyində Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanışlıq

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar.

İyirmi fotoşəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılıb.

Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüş

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

21-23 fevral 2022-ci il