TASS agentliyinə müsahibə
11.04.2015Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə müsahibə verib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycanda birinci Avropa Oyunlarının iştirakçıları və qonaqları üçün maksimum rahat şərait yaradılır. Oyunlara hazırlıq mərhələsi artıq yekunlaşmaq üzrədir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Açılış mərasiminədək bir neçə test yarışlarının keçirilməsi nəzərdə tutulub.
Mehriban Əliyeva birinci Avropa Oyunlarının gələcəyin standartlarını müəyyənləşdirəcəyini söyləyib: “Oyunlara hazırlıq işlərinə məhz bu baxımdan yanaşırıq. Məqsədimiz budur ki, Oyunların bütün iştirakçıları və nümayəndə heyətləri özlərini rahat hiss etsinlər. “Qonaq qəbul etmək Azərbaycan xalqının qanında, canındadır” - deyən Mehriban Əliyevanın sözlərinə görə, təşkilat komitəsi maraqlı mədəni proqram da hazırlayıb: “Avropa Oyunları ölkəmizlə tanışlıq üçün yaxşı fürsətdir”.