Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib

Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.

“Burada toplaşanların bir arzusu var - ərazi bütövlüyümüzün tezliklə bərpası”. Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dedi. Komitə sədri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.

Sonra konsert proqramı təqdim edildi.

Tədbirə Mehriban Əliyeva və qızı Leyla Əliyeva da gəldilər.

Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq oldu.

Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, “Şuşanın dağları” ansamblının ifaları səsləndi.

Mehriban Əliyeva məcburi köçkünlər qarşısında çıxış edib.

Sonra xatirə şəkli çəkdirilib.

Məcburi köçkünlər Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıblar.

Mehriban Əliyevaya “Şuşanın qalası” rəsm əsəri hədiyyə edilib.

Mehriban Əliyeva hər zaman qaçqınların və məcburi köçkünlərin diqqətini hiss etdiyini deyərək, bundan sonra da dövlətin onların yanında olacağını vurğulayıb.