Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak ediblər

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söyləyib.

Rəsmi qəbul Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə davam edib.