Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün dördmərtəbəli yaşayış binasının təməli qoyulub

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələdən zərərçəkmiş ailələr üçün tikiləcək yeni yaşayış binasının təməlini qoyublar. Məlumat verilib ki, 20 Yanvar küçəsində tikilən 44 mənzildən ibarət dördmərtəbəli bina bütün zəruri infrastrukturla təchiz ediləcək, burada birotaqlı 4, ikiotaqlı 32 və üçotaqlı 8 mənzil olacaq.

Prezident İlham Əliyev gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğu işə salınıb.

Sonra xatirə şəkli çəkdirilib.