AZ
EN РУ
  • BİOQRAFİYA
    • Mükafatlar

    • Məqalələr
  • FƏALİYYƏT
    • Tədbirlər
    • Çıxışlar

    • Görüşlər
    • Müsahibələr

    • Səfərlər
  • QALEREYA
    • Foto
      • Portret
      • Ailə
      • Anlar
    • Video

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüş

22.02.2019

Fevralın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd edib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Mehriban Əliyeva ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışıb, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Foto

Video

00:35

Görüşlər

27.02.2026
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü olub
17.10.2025
Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub
17.10.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
16.10.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
07.05.2025
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub
05.05.2025
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb
Müəllif hüquqları qorunur © 2026