Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub
18.04.2018Aprelin 18-də Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev andiçmə mərasimində çıxış etdi.
Sonra Prezident İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Daha sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi.
Prezident İlham Əliyev andiçmə mərasimində nitq söylədi.