Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib

Aprelin 5-də Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransına ev sahibliyi etməklə Azərbaycan təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işinə töhfəsini bir daha nümayiş etdirir. Gələn il Azərbaycanın təşkilata sədrlik etməsi isə Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə etimadının, eyni zamanda, respublikamızın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı videoçarx nümayiş olunub.

Mərasim konsert proqramı ilə davam edib.