Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub
11.05.2017Mayın 11-də Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı və xanımı əvvəlcə küçənin yenidən qurulması işlərini əks etdirən stendə baxıblar.
Uzunluğu 8 kilometr olan 4 zolaqlı yolun yenidənqurmadan əvvəlki eni 6-7 metr olub. Yenidənqurmadan sonra isə yolun eni 18 metrə çatdırılıb.
Avtomobil yolu Pirallahı körpüsü və Pirallahı-Qala avtomobil yolundan istifadə etməklə, qəsəbə sakinlərinin Heydər Əliyev prospekti vasitəsilə Bakı şəhərinin mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh və digər qəsəbələrə rahat çıxışına imkan verir.
Sonda xatirə şəkli çəkdirilib.