Fransaya səfər
2015-ci il dekabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada səfərdə olub.
COP21 Konfransı çərçivəsində “Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbir
Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) keçirilib.
Dekabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva konfransda iştirak ediblər.
Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşılayıb.
Konfransda 150-dək dövlət və hökumət başçısı iştirak edib.
Mehriban Əliyeva və Leyla Əliyeva konfransın keçirildiyi məkanda qurulmuş müxtəlif ölkələrin pavilyonları ilə tanış olublar.
Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi “Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.
4 dekabr 2015-ci il