Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
07.03.2005Martın 7-də Azərbaycan Dövlət Filarmoniyasında maestro Mstislav Rostropoviçin dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olmuşdur.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Konsertdə əvvəlcə Leonard Bernstaynın görkəmli violonçelistə həsr etdiyi "Slava" əsəri ifa olundu.
Sonra solist, beynəlxalq müsabiqələr laureatı Sergey Krılovun (skripka) iştirakı ilə Pyotr Çaykovskinin "Skripka və orkestr üçün Konserti" (üç hissədə) və 4 nömrəli Simfoniya"sı (dörd hissədə) səsləndi. Böyük müvəffəqiyyətlə keçən konsert dəfələrlə gurultulu alqışlarla qarşılandı.
Maestro Mstislav Rostropoviç Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan xanımlarını ürəkdən təbrik etdi və onların şərəfinə Dmitri Şostakoviçin "İki nəfər üçün çay" simfoniyasını təqdim etdi.










