Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılışı olub
23.03.2004Martın 23-də Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimi olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı mərkəzindəki təlim kabinetləri, kompüter salonu, kitabxana, muzey, musiqi və rəqs dərnəkləri, idman-sağlamlıq kompleksi ilə tanış oldular.
Dövlətimizin başçısı burada Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb söhbət etdi.








