Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistana səfər ediblər

Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistana səfərə gəliblər.

“Daşkənd-2” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Şavkat Mirziyayev və digər şəxslər qarşıladılar.