Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistana səfər ediblər
23.03.2004Martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Özbəkistana səfərə gəliblər.
“Daşkənd-2” hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Şavkat Mirziyayev və digər şəxslər qarşıladılar.







