Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak ediblər
30.12.2011Dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişlər.