Mehriban Əliyeva Latviyanın birinci xanımı Lilita Zatlere ilə görüşüb
17.01.2011Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yanvarın 17-də Latviyanın birinci xanımı Lilita Zatlere ilə görüşmüşdür.
Birinci xanımlar çay süfrəsi arxasında səmimi söhbət etmişlər.