Böyük Britaniyaya səfər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2012-ci il yanvarın 17-də Böyük Britaniyada səfərdə olub.

Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Mehriban Əliyeva və Heydər Əliyev Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Leyla Əliyeva, “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Püri, sərginin kuratoru Erve Mikaelof mərasimdə çıxış etdilər. Sonra sərgi ilə tanışlıq oldu.

 17 yanvar 2012-ci il