Kann şəhərində Azərbaycan mədəniyyəti həftəsi davam edir

Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 5-də Azərbaycanın tərənnümünə həsr olunmuş foto sərginin açılışı olub.

Sərgi ilk növbədə xalqımızın qədim adət-ənənələrini, onun dünəni və bu gününü təqdim edir. Məqsəd Azərbaycanın malik olduğu mədəni dəyərləri və bundan irəli gələn zənginliyi Avropa tamaşaçılarına çatdırmaqdır.

Sərginin açılışından sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə caz konserti də keçirilib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tamaşaçılara zəngin Azərbaycan mədəniyyəti barədə məlumat verib. Səfir Azərbaycan musiqisinin bütün dünyada məşhur olduğunu, muğam sənətinin dünyada tanıdılması istiqamətində bir çox işlərin görüldüyünü, ölkəmizdə caz musiqisinin də böyük ənənələrinin olduğunu bildirib.