Bakıda Azərbaycan-Fransa biznes forumu keçirilib
12.05.2014Mayın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-Fransa biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Respublikasının Prezidenti Fransua Olland biznes forumda iştirak ediblər.
Dövlət başçıları forumda çıxış etdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland biznes forumda iştirak edən iş adamlarının suallarına cavab verdilər.
Sonda Azərbaycanın və Fransanın dövlət şirkətləri və biznes qurumları arasında əməkdaşlığa dair sənədlər imzalandı.