Fransa Respublikasının Prezidenti Fransua Olland İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransanın dövlət başçısı Fransua Olland mayın 11-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər.

Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verildi.

Sonra dövlət başçıları Muğam klubuna gəldilər.

Fransa Prezidentinə klubun tarixi barədə məlumat verildi.

X X X

İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar etdilər.