“Şərəf Legionu” ordeninin zabit dərəcəsi
15.02.20102010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
2011-ci il oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri çərçivəsində Mehriban Əliyevaya ordenin təqdim edilməsi mərasimi keçirilib.