Prezident İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından III Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva ziyafətdə iştirak ediblər.

Ziyafətdə Bolqarıstanın və Makedoniyanın dövlət başçıları, Maltanın Baş naziri, bir sıra ölkələrin sabiq liderləri, dünya siyasətində əhəmiyyətli rol oynamış ictimai-siyasi xadimlər, ekspertlər və mütəxəssislər də iştirak ediblər.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Prezident İlham Əliyev ziyafətdə çıxış ediblər.