Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər

Dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini salamladılar.

Əjdərbəy məscidinin açılışına həsr olunmuş mərasim Quran ayəsinin oxunması ilə başlandı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Sonda Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə etdi.