Bakıda “Qafqaz Baku Sport Hotel”in açılışı olub
05.06.2015İyunun 5-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında iştirak ediblər.
Ağ şəhərdə yerləşən “Qafqaz Baku Sport Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. On yeddi mərtəbəli otel paytaxtın mərkəzindən 4 kilometr, Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda yaradılmış şəraitlə tanış olublar.
110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
Oteldə 103 nömrə var. Müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir.