Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli Konservatoriyasının yaxınlığında salınmış yeni parkla tanış olublar
04.06.2015İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığında salınmış yeni parkda yaradılmış şəraitlə tanış olublar.
Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb. Bu müasir istirahət məkanında klassik musiqilər səsləndiriləcək. Yeni parkda sakinlərin istirahət etmələri üçün bütün zəruri işlər görülüb.