Mehriban Əliyeva Serbiya Respublikasının “Sreten” ordeni ilə təltif edilib

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilib.