Birinci vitse-prezident Mehriban Əliyevaya
07.03.2017Hörmətli Mehriban Arif qızı.
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər.
Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm.
Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
XXX
Hörmətli Mehriban Arif qızı.
Əlamətdar bayram – 8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu bayram insanlara həmişə səmimiyyət, təbəssüm və parlaq emosiyalar bəxş edir. Yenilənmə dövrü olan bahar bizə sevinc gətirir, xüsusi ovqat yaradır. Martın 8-də biz ən yaxşı arzularımızı və ən səmimi sözlərimizi qadınlara həsr edirik.
Qadınlar ailələrinə, dostlarına və həmkarlarına diqqət və qayğı göstərir, evdə rahatlıq və harmoniya ab-havası yaradırlar. Qoy, hər bir işiniz uğurlu, doğmalarınız və yaxınlarınız xoşbəxt və firavan olsunlar.
Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Dmitri Medvedyev
Rusiya Federasiyası Hökumətinin sədri