Mehriban Əliyeva Binə qəsəbəsində yeni stadionun açılışında iştirak edib
13.09.2012Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion sentyabrın 13-də istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Birinci xanım rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları vardır. Bildirilmişdir ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarınını oyunları keçiriləcəkdir.
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban Əliyeva onlarla səmimi söhbət etdi.
Birinci xanıma millimizin rəsmi köynəyi hədiyyə olundu. Mehriban Əliyeva milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atdı.
Sonda xatirə şəkli çəkdirildi.
Birinci xanım futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzuladı.




