Mehriban Əliyeva və Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han Azərbaycan Xalça Muzeyində olublar
14.05.2015Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han mayın 14-də Xalça Muzeyində olublar.
Mehriban Əliyeva qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında danışıb, Azərbaycanın bu sahədə dünyanın aparıcı ölkələrindən biri olduğunu söyləyib. Mehriban Əliyeva bildirib ki, 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Muzeylə tanışlıqdan sonra qonağa xatirə hədiyyələri təqdim olunub.