Mehriban Əliyeva və Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar
14.05.2015Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Bakıda rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikası Prezidentinin xanımı May Thi Han mayın 14-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar.
Əvvəlcə çay süfrəsinə qonaq olan Mehriban Əliyeva və May Thi Han daha sonra İçərişəhəri gəziblər. Qonağa bu Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri haqda məlumat verilib.
Mehriban Əliyeva və May Thi Han İçərişəhərdə fəaliyyət göstərən əntiq əşyalar mağazasında da olub, burada satılan və Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu nümayiş etdirən əşyalara baxıblar.
İçərişəhərlə tanışlığın son məkanı Qız qalası olub. Mehriban Əliyeva May Thi Hana Qız qalasının özəllikləri haqda danışıb.
Sonda Qız qalası önündə xatirə şəkilləri çəkdirilib.