Vyetnam Sosialist Respublikası Prezidenti Tan Şanqın rəsmi qarşılanma mərasimi olub

Mayın 14-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı qarşılayıblar.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Prezidentlər rəsmi foto çəkdiriblər.